logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Samir Əzimovdan, Masallı, Azərbaycan

Text size icon-size icon-size

30 avqust 2022, 14:45

Hörmətli cənab Prezident.

Hər zaman xalqımızın yanında olduğunuza, bizə qayğı göstərdiyinizə görə, ailəm adımdan Sizə təşəkkürümü bildirirəm.

Ünvanlı sosial yardımın təyin olunması, müavinətlərin, təqaüdlərin vaxtlı-vaxtında verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi Sizin vətəndaşlara olan diqqətinizin, qayğınızın əyani nümunəsidir.

Cənab Prezident, ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılanır.

Sizin aztəminatlı ailələrin sosial problemlərinin həll olunmasında atdığınız bütün addımlar, qəbul etdiyiniz vacib qərarlar bir daha onu göstərir ki, xalqımızın sosial rifahının yaxşılaşdırılması üçün var gücünüzlə çalışırsınız.

Mənim həyat yoldaşım I qrup əlildir. Bundan əlavə aztəminatlı ailə olduğumuza görə bizə ünvanlı dövlət sosial yardımı da təyin olunmuşdur.

Fürsətdən istifadə edərək Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizin inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Əzimov Samir Əzim oğlu

Azərbaycan Respublikası, Masallı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi