Kamran Abbaszadədən, Bakı, Azərbaycan
Text size


29 avqust 2022, 18:30
Hörmətli cənab Prezident,
44 günlük Vətən müharibəsindəki Zəfərin bizə bəxş etdiyi sevinc hissini bu gün yenidən yaşamaq nəsibimiz oldu. Bu, Sizin sayənizdə reallaşdı.
Siz, ilk gündən Azərbaycan xalqının dərin inamını doğruldaraq Vətənimizin ərazi bütövlüyünü bərpa etmək üçün əlinizdən gələni etmisiniz. Biz Laçın sakinləri, işğaldan azad edilmiş ərazilərdə – Laçın şəhərində Sizin göstərişiniz əsasında yenidən məskunlaşacağımız günü səbirsizliklə gözləyirik.
Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Abbaszadə Kamran Əliqulu oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.