logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əli Əliyevdən, Astara, Azərbaycan

Text size icon-size icon-size

29 avqust 2022, 15:22

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikamızda bütün sahələrdə aparılan islahatlar öz müsbət təsirini göstərməkdədir.

Ölkəmizdə şəffaflığın artırılması, vətəndaşların işlərini daha tez və rahat görməsi üçün “ASAN xidmət” mərkəzlərinin yaradılması, sosial rifah, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində paytaxtımızda, o cümlədən regionlarımızda yaradılan DOST xidmətləri bu qəbildəndir.

Sadəliyi, təvazökarlığı, xalqına xidmət etməyi həyatının ən ülvi amalına çevirmiş bir Lider kimi Siz öz çıxışlarınızda bütün məmurlar üçün nümunəvi obraz yaradırsınız.

Cənab Prezident, mən ailəmə məxsus torpaq sahəsini sənədləşdirməklə bağlı müraciət etdim və məsələ vaxtında müsbət həllini tapdı. Sizə ailəm adından ölkəmizdə vətəndaşlar üçün yaratdığınız şəraitə görə təşəkkürümü bildirirəm.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əliyev Əli Ağadədə oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi