İsgəndər Əhmədovdan, Balakən, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 avqust 2022, 14:45
Hörmətli cənab Prezident.
Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Azərbaycan regionda ən güclü və sabit ölkədir. Əminik ki, Siz Azərbaycanın rəhbəri olduğunuz müddətdə bayrağımız daha da yüksələcək. Sizin əsgəriniz olaraq hər bir əmrinizi yerinə yetirməyə hazırıq.
Əziz və çox hörmətli cənab Prezident, vətəndaşların rifahının yüksəldilməsi hər zaman Sizin diqqət mərkəzinizdə olmuşdur. Pandemiya şəraitinin uzun müddət davam etməsinə, müharibədən çıxmış ölkə olmasına baxmayaraq, Sizin sayənizdə Azərbaycanda sosial siyasət uğurla davam etdirilməkdədir.
Sizin Zəngilan rayonuna son səfəriniz, oradakı dəqiq, konkret, qətiyyətli çıxışınız qəlbimizi bir daha qürurlandırdı. Biz Sizdən, Siz isə xalqdan güc alırsınız. Siz müstəqil Azərbaycanın azad yaşaması və inkişafı üçün misilsiz işlər görmüşünüz, Siz öz həyatını dövlətinə, xalqına həsr edən əsl Lidersiniz. Hər zaman yanınızdayıq, cənab Prezident.
Vətən müharibəsinin başlandığı gündən 2 ilə yaxın vaxt keçir. Ölkəmizdə etnik, dini, sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarımız həmin dövrdə Sizin Ali Baş Komandan kimi Azərbaycan xalqına tarixi müraciətinizə dəstək olaraq dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda müqəddəs mübarizəyə qalxmış, dəmir yumruq kimi birləşərək əzm, iradə sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişdir.
Son 30 il ərzində düşmən və havadarları Azərbaycanda etnik və dini zəmində dəfələrlə qarşıdurmalar yaratmağa cəhd göstərsələr də, onlar öz çirkin məqsədlərinə nail ola bilməmişlər. Vətən müharibəsində Zəfərə yol açan sarsılmaz birlik və həmrəylik bunu bir daha göstərdi.
Qarabağı bizə qaytardığınız üçün Sizə, şəhidlərimizə və qazilərimizə bir ömür boyu borcluyuq və daim minnətdarıq. Sizə uzun ömür, cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzu edirəm.
Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi bir Prezidenti olan ölkənin vətəndaşıyam.
Hörmətlə,
Əhmədov İsgəndər Sahib oğlu
Azərbaycan Respublikası, Balakən rayonu, Püştətala kəndi.