Söyün Əliyevdən, Gəncə, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
20 avqust 2022, 12:02
Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Sizin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyiniz əzmkarlıq sayəsində şanlı Qələbə qazandıq. Böyük Zəfərimiz “məğlub xalq” adını üzərimizdən götürdü, bizi qalib, qürurlu, məğrur xalqa çevirdi.
Sizin rəhbərliyinizlə dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Qarabağ müharibəsi əlillərinə şamil edilən güzəşt və imtiyazlar, onların mənzil, məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən məqsədyönlü işlər təqdirəlayiqdir. Həyata keçirilən bütün bu tədbirlər Sizin qayğıkeş Lider olduğunuzu bir daha sübut edir.
Cənab Prezident, bütün bunlara görə Sizə sonsuz minnətdarıq, həmişə var olun.
Hörmətlə,
Əliyev Söyün Müstəcəf oğlu, II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Gəncə şəhəri.