logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yalçın Hüseynovdan, Füzuli, Azərbaycan

Text size icon-size icon-size

19 avqust 2022, 18:01

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən 44 günlük Vətən müharibəsində iştirak edərək Sizin tərəfinizdən bir sıra medallarla təltif olunmuşam.

Vətən müharibəsində qazandığımız Zəfər vaxtilə bizə əlçatmaz kimi görünən doğma Qarabağımızı qaytardı. Siz “dəmir yumruğ”unuzla düşmənin başını əzərək ona heç vaxt unutmayacağı bir dərs verdiniz və öz yerini göstərdiniz.

Cənab Prezident, Sizin şəhid ailələrinə, qazilərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün mən də işlə təmin olunmuşam. Buna görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Ulu Tanrı Sizə yar olsun.

Sizin dünənki, bugünkü və sabahkı əsgəriniz kimi əmrinizə hər zaman müntəzirəm.

Hörmətlə,

Hüseynov Yalçın Eldar oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, Fin qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi