Hidayət Niftullayevdən, Saatlı, Azərbaycan
18 avqust 2022, 16:13
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Azərbaycan dövlətinin bütün sahələrdə daha da inkişaf etdiyini və möhkəmləndiyini, dünya ölkələri arasında nüfuzunun getdikcə artdığını gördükcə böyük qürur hissi keçiririk.
Siz doğma Qarabağımızı mənfur düşmənin işğalından azad etməklə adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdınız, respublikamızın qüdrətini bütün dünyaya nümayiş etdirdiniz.
Cənab Prezident, Siz çıxışlarınızda dəfələrlə demisiniz ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm”. Əməllərinizlə və həyata keçirdiyiniz islahatlarla bunu daim sübut edirsiniz. Şəhid ailələrinə, müharibə iştirakçılarına, ümumiyyətlə bütün vətəndaşlara göstərdiyiniz xüsusi qayğı bizi çox sevindirir.
Möhtərəm Prezident, mən I qrup Qarabağ əlili olaraq bu qayğını həmişə öz üzərimdə hiss etmişəm. Buna görə Sizə ailəm adından dərin təşəkkürümü bildirirəm.
Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Niftullayev Hidayət Davud oğlu
I qrup Qarabağ əlili
Azərbaycan Respublikası, Saatlı rayonu, Qaracalar kəndi.