Tahir Rzayevdən, Bakı, Azərbaycan


16 avqust 2022, 17:10
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
44 günlük Vətən müharibəsində Sizin Ali Baş Komandan kimi göstərdiyiniz şücaət, sərkərdəlik məharəti bütün xalqımızı, hətta dünyanı heyrətə gətirdi.
Mən ikinci qrup Qarabağ müharibəsi əliliyəm, ailəm ilə birlikdə Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün düşmüşdük. “Dəmir yumruğ”un gücü ilə qazandığımız şanlı Zəfər sayəsində artıq məcburi köçkün deyilik. Buna görə Sizə çox minnətdarıq.
Cənab Prezident, müharibə iştirakçılarının, şəhid ailələrinin, ümumiyyətlə bütün vətəndaşların problemlərinin həllini daim diqqət mərkəzində saxlamağınız Sizin nə qədər qayğıkeş dövlət başçısı olduğunuzu bir daha sübut edir.
Məskunlaşdığım Yasamal rayonunda ötən ay baş vermiş yanğın nəticəsində evimin yanması ilə əlaqədar ailəmə dəymiş maddi zərərin qısa müddətdə aradan qaldırılmasına görə Sizə ailəm adından dərin təşəkkürümü bildirirəm.
Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Rzayev Tahir Yelmar oğlu
II qrup Qarabağ əlili
Azərbaycan Respublikası, Bakı şəhəri.