13 avqust 2022, 14:35

Fərəc Fərəcov və başqalarından, Sabirabad, Azərbaycan

Möhtərəm Prezidentimiz.

Siz xalqımıza Qələbə sevinci yaşadan, məğrurluq hissi bəxş edən, yumruq kimi birliyimizi nümayiş etdirən Lidersiniz. Neçə illərdir həsrətində olduğumuz doğma Qarabağımızın mənfur düşmən işğalından azad olunması damarında azərbaycanlı qanı axan hər bir kəsi qürurlandırdı.

Cənab Prezident, verdiyiniz tapşırıqların yerinə yetirilməsi məqsədilə regionlara etdiyiniz səfərlər yerli sakinlər arasında böyük ruh yüksəkliyi yaradır.

Su ilə əlaqədar yaranmış vəziyyətə görə, xüsusilə də isti yay günlərində çox əziyyət çəkirdik. Yaşadığımız Sabirabad rayonunun su təminatında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində yeni istifadəyə verilmiş nasoslar biz sakinlərə sanki yeni həyat verdi.

Cənab Prezident, su həyat, saflıq deməkdir. Bütün Sabirabad camaatı adından Sizə, ailənizə su kimi saf və sağlam həyat arzulayırıq.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Fərəcov Fərəc

Ələkbərov Məzahir

Muradov Bəyalı

Mürşüdov Cahangir

Sabirabad rayon sakinləri

Azərbaycan Respublikası, Sabirabad rayonu.