13 avqust 2022, 13:02

Xəqani Qasımov və Cəlaləddin Əliyevdən, Sabirabad, Azərbaycan

Möhtərəm Prezidentimiz.

Dövlətimiz kənd təsərrüfatının inkişafına, o cümlədən əkin sahələrinin su ilə təminatına qayğı və dəstəyini əsirgəmir. Bu sahədə yaranan problemlərin aradan qaldırılması üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.

Rayonumuzda da aqrar sahənin inkişafına yüksək diqqət göstərilir. Bütün bunlara, həmçinin su təminatında mövcud olan problemlər aradan qaldırıldığına, yeni istifadəyə verilmiş nasoslarla kəndlərdə əkin sahələrinin suvarıldığına, çətinliklərimizin aradan qaldırıldığına görə Sizə minnətdarıq.

Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Qasımov Xəqani

Əliyev Cəlaləddin

Azərbaycan Respublikası, Sabirabad rayonu.