12 avqust 2022, 15:48

Ruslan İdrisovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Vətən müharibəsinin qazisiyəm. Qalib ordunun qazisi olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Bizi döyüşə səsləyən əsas amil Vətən sevgisi olsa da, Sizdən - Ali Baş Komandandan aldığımız ruh qələbə qazanmağımızda bir o qədər mühüm rol oynayıb. Sizin qətiyyətiniz, mərdliyiniz, siyasi və diplomatik məharətiniz bizə qol-qanad verdi.

Bu gün bir qazi olaraq mənə göstərilən diqqətdən, qayğıdan çox razıyam. Nə vaxt çətinliklərlə üzləşsək, ümid, pənah yerimiz Sizsiniz. Sizə ünvanladığımız müraciətlər hər zaman problemlərimizin həllində açar rolunu oynayıb.

Azərbaycanın uzaqgörən siyasi xadimi, “Dəmir yumruq”la tarix yazmış cənab Prezident, bir qazi kimi Sizə minnətdarlığımı bildirməkdən məmnunam. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Ruslan İdrisov

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.