Zeynəb Bayramovadan, Naftalan, Azərbaycan
11 avqust 2022, 18:35
Möhtərəm cənab Prezident.
Ölkəmizin gündən-günə inkişaf edərək dünya arenasında yüksək nüfuza sahib olması, əlbəttə ki, Sizin uzaqgörən və müdrik siyasətinizin nəticəsidir.
Cənab Ali Baş Komandan, mən Naftalan şəhər sakini və iki şəhid anasıyam. Fəxr edirəm ki, Sizin rəhbərliyinizlə qazanılan şanlı Zəfər nəticəsində şəhid olmuş övladlarımızın intiqamı alındı, onların qanları yerdə qalmadı. Düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu. Övladlarımızın qanı tökülən torpaqlarda şanlı bayrağımız dalğalanır. Dünən qan tökülən torpaqlarda bu gün çiçəklər açır, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bunlara görə, şəhid anaları adından Sizinlə qürur duyduğumu bildirirəm.
Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin respublikamızın bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində aparılan abadlıq, quruculuq işlərinə, şəhərimizin məhəllədaxili yollarının asfaltlaşdırıldığına görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Tanrı Sizi, ailənizi və xalqımızı qorusun. Vətənimizin uğurlu gələcəyi naminə işlərinizdə Sizə yeni böyük uğurlar arzulayıram.
Hörmətlə,
Bayramova Zeynəb Əsgər qızı
İki şəhid anası
Azərbaycan Respublikası, Naftalan şəhəri.