11 avqust 2022, 16:22

Vüqar Məcidovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin aztəminatlı ailələrin sosial problemlərinin həll olunmasında atdığınız bütün addımlar, qəbul etdiyiniz vacib qərarlar bir daha onu göstərir ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması üçün var gücünüzlə çalışırsınız.

Dövlətimizin, bilavasitə Sizin qayğınızın nəticəsində aztəminatlı ailələrin ünvanlı sosial yardım ilə təmin edilməsindən sonra onların rifah halının yüksəlməsi qeyd etdiyim fikirləri söyləməyə əsas verir. Bütün bunlar xalqımızın dövlətə və Zati-alinizə inamını daha da gücləndirir.

Dünyada gedən iqtisadi böhran şəraitinə baxmayaraq, vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Məcidov Vüqar Dilvan oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Gəgiran kəndi.