10 avqust 2022, 17:50

Azər Mirzəyevdən, Naxçıvan, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu bizə Qələbə bəxş etdi. Əzminiz, qətiyyətiniz, Ordumuzun yenilməzliyi sayəsində ölkəmizin hər bir guşəsində Qələbə sevinci yaşandı.

44 günlük Vətən müharibəsi zamanı Siz bütün cəbhələrdə vuruşdunuz və bütün dünya xalqımızın birliyini təcəssüm etdirən dəmir yumruğumuzu gördü.

Bu gün Qarabağımızda aparılan möhtəşəm quruculuq işləri dövlətimizin gücünü, Sizin güclü siyasi iradənizi göstərir.

Cənab Prezident, mən özüm Vətən müharibəsi qazisiyəm. Sizin sayənizdə şəhid ailələri, müharibə iştirakçıları, qazilər dövlətin diqqəti və qayğısı ilə əhatə olunublar.

Buna görə Zati-alinizə sonsuz minnətdarlığımı bildirirəm.

Ulu Tanrı Sizə yar olsun.

Hörmətlə,

Mirzəyev Azər Vəli oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.