Müslüm Qənbərov və başqalarından, Astara, Azərbaycan
05 sentyabr 2012, 21:05
Möhtərəm cənab Prezident!
Sizin müdrik, çox düzgün, hər birimizin qəlbini riqqətə gətirən fəaliyyətiniz, xüsusilə apardığınız daxili və xarici siyasət qarşısında baş əyirik. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Sahib oğlu Səfərovun Vətənə gətirilməsi və müvafiq Sərəncamınızla əfv olunması, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan kimi hər bir Azərbaycan vətəndaşının, əsgər və zabitinin arxasında durmağınızdan bütün xalqımız kimi ailəmiz də böyük qürur hissi keçirir. Sizin bu müdrik, humanist addımınızı alqışlayır, Sizə səmimi hörmət və ehtiramımızı bildiririk.
Möhtərəm cənab Prezident, hamımız çox yaxşı dərk edirik ki, bu addımınız işğal altında olan torpaqlarımızın azad olunması üçün göstərilən ardıcıl, ciddi səylərdən biridir. Dövlət başçısı kimi Sizin müdrik siyasi iradəniz, beynəlxalq aləmdə şəxsi nüfuzunuz düşmənlərimizə bir daha sübut etdi ki, onlar Azərbaycanın yenilməz sərkərdəsi qarşısında acizdir, məğlubdur.
Əziz Prezident, bu fəaliyyətinizdə işğal olunmuş torpaqlarımızın, Qarabağın azad edilməsi uğrunda mübarizədə fədakarlığınızın bariz nümunəsi açıq-aşkar görünür. Son dərəcə təmkinli, səbrli, taktiki gedişlə düşmənlərimizə, bədxahlara endirdiyiniz sarsıdıcı zərbə, vaxtında verilən layiqli cavab hamımızı cəsarətə, vətənpərvərliyə, dövlətinə, xalqına, torpağına, el-obasına sədaqətli olmağa, bir sözlə həmrəy olmağa çağırır.
Sizi bir daha əmin edirik ki, belə çağırışa həmişə hazırıq, bu haqlı mübarizədə daim Sizinləyik.
Hörmətlə,
Astara rayonu Kijəbə qəsəbəsi və Ojakəran kəndinin ağsaqqalları və ziyalıları adından Müslüm Qənbərov, Əlihüseyn Qənbərov, Mövsüm Qənbərov, Ağadadaş Qənbərov, İldırım Hacıyev, Gülnisə Kamilova, Nadilə Kamilova.
Azərbaycan Respublikası, Astara rayonu.