logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ülfət Əzizov və başqalarından, Qəbələ, Azərbaycan

Text size icon-size icon-size

06 avqust 2022, 15:52

Hörmətli cənab Prezident.

Siz Azərbaycanın yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətlərdən birinə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışırsınız.

Sizin uğurlu siyasətiniz sayəsində iqtisadiyyatımız inkişaf edir, bölgələrimiz çiçəklənir.

Məhz bu uğurlu siyasətin sayəsində ölkəmizin hər tərəfini müasir, yeni, təmirli yollar bəzəyir. Bizim Bunud və Həzrə kəndlərinin yolları da Sizin diqqət və qayğınız sayəsində asfaltlandı.

Buna görə kənd sakinləri sevinclidir, çünki yeni, rahat yol rifahımızı yüksəldəcək.

Sizə bütün kənd sakinlərinin adından təşəkkür edir, yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Əzizov Ülfət

Bilalova İftixar

Həmidov İlyaz

İsayev Eldəniz

Azərbaycan Respublikası, Qəbələ rayonu, Bunud kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi