Kifayət Əmirovadan, Gəncə, Azərbaycan
Text size
05 sentyabr 2012, 20:45
Hörmətli Prezident İlham Əliyev!
Milli Ordumuzun zabiti Ramil Səfərovun Vətənə gətirilərək əfv olunması qərarınız ölkəmizin hər yerində olduğu kimi, biz gəncəlilərdə də böyük iftixar və sevinc hissi doğurmuşdur. Biz bir daha əmin olduq ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bu əminlik bizdə ölkəmizin inkişafı naminə daha səylə çalışmaq, Sizin yürütdüyünüz siyasəti cani-dildən dəstəkləmək əzmini artırmışdır. Azərbaycanın hər bir uğuruna görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Əmirova Kifayət
Gəncədəki 6 nömrəli klubun müdiri
Azərbaycan Respublikası, Gəncə şəhəri.