Müşviq Nəsirovdan, Astara, Azərbaycan


21 iyul 2022, 15:39
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Sizin qətiyyətiniz, uzaqgörən siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəlik bacarığınız sayəsində Vətən müharibəsində Qələbə qazandıq, doğma Qarabağımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Cənab Prezident, bu günlərdə əsgər oğlumu ziyarət etmək üçün onun xidmət etdiyi hərbi hissəyə getdim. Həmin hərbi hissədə əsgərlər üçün yaradılan şərait məni sevindirdi.
Görüş zamanı əsgərlərə verilən yüksək qiymətdən, valideynlərə göstərilən dəyərdən çox məmnun oldum və qürur duydum.
Əsgərlərimizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin rəhbərliyinizlə hələ çox zəfərlər qazanacaq, ölkəmiz daha da inkişaf edəcəkdir.
Hörmətlə,
Nəsirov Müşviq Dövlət oğlu.
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.