Məhəmməd Əliyevdən, Sabirabad, Azərbaycan
Text size
03 sentyabr 2012, 20:10
Hörmətli Prezident,
Savab iş görmək, darda olanın imdadına yetişmək İslam fəlsəfəsinin fəzilətlərindəndir. Sizin qeyrətli Vətən övladı Ramil Səfərovla bağlı gördüyünüz iş də bu qəbildəndir. Ramil Səfərovun Vətənə gətirilərək doğmalarına, xalqımıza qovuşdurduğunuza görə Sabirabad möminləri, Heydər Məscidinin dini icması adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümüzü bildiririk. Bütün nəcib işlərinizdə Allah-Təala köməyiniz olsun.
Böyük ehtiramla,
Axund Hacı Məhəmməd Əliyev
Heydər Məscidinin dini icmasının sədri
Azərbaycan Respublikası, Sabirabad rayonu.