logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

18 iyul 2022, 14:42

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilsin.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2022-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi