“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
04 iyul 2022, 12:08
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1302) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə hər iki halda “180 375 536,0” rəqəmləri “181 375 536,0” rəqəmləri ilə əvəz edilsin.
2. 2-ci maddə üzrə:
2.1. 1-ci hissədə “136 418 476,0” rəqəmləri “143 342 200,0” rəqəmləri ilə əvəz edilsin;
2.2. 1.1-ci bənddə “21 709 238,0” rəqəmləri “20 621 100,0” rəqəmləri ilə əvəz edilsin;
2.3. 1.2-ci bənddə “21 709 238,0” rəqəmləri “20 621 100,0” rəqəmləri ilə əvəz edilsin;
2.4. 1.3-cü bənddə “93 000 000,0” rəqəmləri “102 100 000,0” rəqəmləri ilə əvəz edilsin;
2.5. 3-cü hissədə “2021-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti” sözləri “Əvvəlki illərdə işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ” sözləri ilə, “43 907 060,0” rəqəmləri “37 983 336,0” rəqəmləri ilə əvəz edilsin.
3. 3-cü maddənin 5-ci hissəsində “2 500 000,0” rəqəmləri “3 500 000,0” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2022-ci il