logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ağabala Ağayevdən, Salyan, Azərbaycan

Text size icon-size icon-size

04 iyul 2022, 14:20

Hörmətli cənab Prezident.

Sizin dünya səviyyəsində apardığınız uğurlu və müdrik siyasətinizin nəticəsi kimi bu gün dövlətimiz inkişaf edir, yüksək səviyyəyə çatıb, qüdrətli dövlətə çevrilib. Xalqımız və dövlətimiz üçün çəkdiyiniz zəhmətin bəhrəsidir ki, bu gün dünya ölkəmizə böyük hörmətlə yanaşır. Dünyanın yüksək səviyyəli tribunalarından etdiyiniz çıxışlar rəğbətlə qarşılanır.

Cənab Prezident, dünyanın çox çətin zamanında ölkəmizi uğurla idarə etdiyinizə, Vətənimizin çiçəklənməsinə və inkişafına, müdafiə qabiliyyətinin yüksək səviyyəyə çatmasına, əhalinin maddi rifah halını yüksəltdiyinizə görə öz adımdan və ailəm adından Sizə və Mehriban xanıma minnətdarlığımı bildirir, çətin, şərəfli və müqəddəs işinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Ağayev Ağabala Təyyar oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi