T.Kırışoğlu və başqalarından, Kastamonu, Türkiyə
30 iyun 2022, 14:30
Hörmətli cənab Prezident.
Biz Türkiyənin Kastamonu şəhərindəki Kuzeykent məktəbinin 4-A sinif şagirdləriyik. Bu məktubu Sizə təşəkkür etmək üçün yazırıq.
2021-ci ilin dekabr ayında Sizə yazdığımız məktuba cavab olaraq, bizi ölkənizə dəvət etdiniz. Bu dəvəti aldığımızda çox sevindik, çox həyəcanlandıq. Səfərə həyəcanla hazırlaşdıq. Belə bir səfəri xəyal belə edə bilməzdik. Sizə nə qədər təşəkkür etsək, azdır.
Bakıda çox gözəl yerlər gəzdik, gördük. Hərbi Qənimətlər Parkında olduq, Türk Şəhidliyi abidəsini ziyarət etdik və çox təsirləndik. Şuşaya səfərimiz isə bizdə tamam başqa duyğular oyandırdı.
Gəzinti boyunca gördüyümüz münasibətdən çox məmnun qaldıq.
Dəyərli böyüyümüz, biz artıq ibtidai təhsili bitiririk. Bizə illər boyu unutmayacağımız bir xatirə hədiyyə etdiniz. Sizə sonsuz minnətdarlığımızı çatdırırıq.
Yaşasın Azərbaycan, yaşasın Türkiyə!
Hörmətlə,
T.Kırışoğlu
E.Kansızoğlu
E.Vahitoğlu
B.Bezirci
E.Topçu
E.Yılmaz və başqaları
Kuzeykent məktəbinin 4-cü sinif şagirdləri
Türkiyə Respublikası, Kastamonu şəhəri.