logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səxavət İbayevdən, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

01 iyul 2022, 12:57

Möhtərəm cənab Prezident.

Mən, məcburi köçkün olaraq Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində məskunlaşmışam. 2020-ci ildə Vətən müharibəsi zamanı mənim evim zərər çəkmişdi. Sizin diqqətiniz, qayğınız və verdiyiniz çox ciddi tapşırıqlar nəticəsində, bir çox evlərlə yanaşı, mənim evim də əsaslı təmir edilmiş və tam hazır vəziyyətdə istifadəmə verilmişdir. Buna görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Ümumiyyətlə, rayon sakinlərindən biri olaraq tam əminliklə deyə bilərəm ki, biz ağdamlılar Sizin hərtərəfli diqqət və qayğınızla əhatə olunmuşuq.

Yaşasın, Azərbaycan!

Yaşasın, cənab Ali Baş Komandan!

Hörmətlə,

İbayev Səxavət Eldar oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi