Elşən Rüstəmovdan, Gorni Milanovac, Serbiya
Text size
04 sentyabr 2012, 19:30
Hörmətli cənab Prezident!
Ramil Səfərovun azadlığa buraxılması xəbəri bir azərbaycanlı kimi məni çox sevindirdi. Göstərmiş olduğunuz siyasi iradəyə və xidmətinizə görə Sizə təşəkkür edirəm. Sizin siyasətinizi daim dəstəkləyirəm. Azərbaycanımız kənardan çox gözəl görünür. Bu inkişafı görüb dananlar ya kordurlar, ya da ki, damarlarında azərbaycanlı qanı axmır. Allahdan daim uğurların əhatəsində olmağınızı arzulayıram.
Dərin hörmətlə,
Rüstəmov Elşən İldırım oğlu.
Serbiya Respublikası, Gorni Milanovac şəhəri, Hayduk Vejkova.