Tehran Rəhimovdan, London, Böyük Britaniya
04 sentyabr 2012, 18:10
Möhtərəm Prezident!
Bu məktubu yazmaqda əsas məqsədim Sizə öz dərin minnətdarlığımı bildirməkdir. Bu gün Ramil Səfərovun Vətənimizə gətirilməsi və azad olunması hər bir Azərbaycanlı üçün bayram idi. Biz hər zaman Sizə və dövlətimizə inanırdıq. Allah Sizdən razı olsun. Sevincimin həddi-hududu yoxdur. Bu məsələ bəzilərinə kiçik görünə bilər, amma əslində bu Azərbaycanın qələbəsidir. Sizinlə fəxr edirik. Azərbaycanın xarici siyasəti aysberqə oxşayır. Yəni görünən tərəfi az ola bilər, amma əsas tərəfi arxasındadır. Neçə illərdir səbrlə və inamla aparılan bu siyasət nəhayət ki, öz bəhrəsini verdi və Ramil azadlığa çıxdı.
Bu gün xəbər portalında oxuduğum “Hədəfimiz Qarabağdır!” şüarınız məni ağlatdı və sanki Qarabağı bir anlıq mənə qaytardı. Bunun tezliklə bizim xeyrimizə həll olunacağına inanıram. İdmana göstərdiyiniz qayğı Azərbaycan bayrağını yüksəklərə qaldırdı. Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamına əsaslanaraq deyə bilərəm ki, bu gün Azərbaycan xalqı yalnız azərbaycanlı olduğuna görə deyil, Sizin kimi Prezidenti olduğuna görə fəxr edir. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm, Allah Sizi, ailənizi və Vətənimizi qorusun! Qələbələrimiz hələ qabaqdadır. Gün o gün olsun ki, xalqımız daha gözəl qələbələrə sevinsin, üçrəngli bayrağımız Qarabağda dalğalansın!
Hörmətlə,
Rəhimov Tehran Təbriz oğlu.
Böyük Britaniya, London şəhəri,
38-43 selincourt house 43 a westfield way London.