logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vüqar Əliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

28 iyun 2022, 14:41

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətiniz nəticəsində Vətən müharibəsində qalib olduq. Sizin sayənizdə postpandemiya və postmüharibə dövründə Azərbaycan daha da inkişaf edir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da qayğısı həmişə xalqımızın üzərindədir.

Azərbaycanın uğurlarının, ölkəmizin inkişafının, gücünün, qüdrətinin, qazandığı zəfərlərin arxasında məhz Sizin siyasi iradəniz dayanır. Siz bizim fəxrimizsiniz, ulu öndər Heydər Əliyev yolunun davamçısısınız.

Cənab Prezident, mən sahibkarlıq fəaliyyətimlə bağlı Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət etmişdim. Vətəndaş Qəbulu Mərkəzində maneəsiz, tam şəffaf şəkildə qəbula yazıldım, mənə bildirilən gündə qəbulda oldum. Məni narahat edən məsələni bildirdikdən sonra problemim qısa müddətdə aradan qaldırıldı və məsələ öz həllini tapdı.

Bir sahibkar, bir vətəndaş kimi qürur hissi keçirirəm ki, bizi daim düşünür, öz qayğı və diqqətinizi əsirgəmirsiniz. Siz bizim arxamızdasınız, Siz bizə dəstək verirsiniz. Sizin təşəbbüsünüzlə yaradılan Vətəndaş Qəbulu Mərkəzinin fəaliyyəti Azərbaycan xalqına olan diqqətinizin, qayğınızın təzahürüdür. Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətli cənab Prezident, əldə olan uğurlarımıza, respublikamızın artan gücünə, xalqımızın hər gün yaxşılaşan xoş güzəranına görə Sizə minnətdarıq. Bizə göstərdiyiniz böyük diqqət və köməyə görə çox sağ olun. Biz də öz əməli işimizlə öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməyə çalışacağıq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əliyev Vüqar Rəhim oğlu

“Verona” MMC-nin təsisçisi

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi