Mustafa Şabanov və başqalarından, Bakı, Azərbaycan
04 sentyabr 2012, 17:30
Hörmətli cənab Prezident!
İcazə verin, Macarıstanda həbs edilmiş Azərbaycan Respublikasının zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması ilə eyni vaxtda onun həbs cəzasından azad edilməsi barədə imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümüzü bildirək. Sizin Vətənini və vətəndaşlarını sevən, onlara hər zaman diqqət və qayğı ilə yanaşan dövlət başçısı kimi belə cəld reaksiyanız bizi həm sevindirir, həm də qəlbimizi iftixar hissi ilə doldurur. Biz sevinirik ki, Prezidentimiz ürəyimizdən keçənləri, arzularımızı, istəklərimizi hiss edir, hər zaman biz vətəndaşlara sevinc nəsib edir. İnanırıq ki, bu, torpaqlarımızı işğal edən erməni təcavüzkarlarına layiqli bir dərs olacaqdır. Uzaqgörən siyasi xəttinizi dəstəkləyərək vurğulamaq istərdik ki, biz hər zaman Sizinləyik və əminik ki, torpaqlarımız da uğurlu qələbə, Sizin siyasi iradəniz və bacarığınız sayəsində azad ediləcəkdir. Bir daha Sizə təşəkkür edir və bildiririk ki, Azərbaycan xalqı Sizi daim dəstəkləyir, hər zaman Sizin siyasi xəttiniz altında həmrəylik nümayiş etdirir.
Dərin hörmətlə,
Şabanov Mustafa Sabahəddin oğlu, Hacıyeva Leyla,
Daşdəmirov Ramiz, Əfəndiyev Sami, Çəndirli Nərminə.
Azərbaycan Respublikası, Bakı şəhəri,
Səbail rayonu, İstiqlaliyyət küçəsi 13, mənzil 42.