Vaqif Əliyevdən, Tərtər, Azərbaycan


29 iyun 2022, 16:17
Möhtərəm cənab Prezident.
Bu yaxınlarda, biz - Tərtər rayonundan olan şəhid ailələri övladlarımızın uğrunda canından keçdiyi, işğaldan azad etdiyi Suqovuşan və Talış kəndlərinə səfər etdik. Səfər çərçivəsində Suqovuşan su anbarının yerləşdiyi ərazidə, Talış kəndində Bayraq meydanında və “N” saylı hərbi hissədə olduq, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq, tikinti işləri ilə tanış olduq. Ürəyimiz bir təskinlik tapdı. Çünki şəhidlərin qanı tökülmüş bu torpaqlar çoxdan həsrətini çəkdiyimiz Vətənimizin bir parçasıdır və bu torpaqları canımızın bir parçası olan övladlarımız Sizin komandanlığınız altında işğaldan azad ediblər.
Əziz Prezidentimiz, bizə Vətən müharibəsində şanlı Zəfər Gününü yaşatdığınız üçün Sizə minnətdarıq. Övladlarımızın şəhid olduğu torpaqlara səfər üçün şərait yaratdığınıza görə Sizə təşəkkür edirəm. Çox sağ olun.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əliyev Vaqif İsmayıl oğlu
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin atası
Azərbaycan Respublikası, Tərtər rayonu, Həsənqaya kəndi.