24 iyun 2022, 19:00

Firudin Hacıyevdən, Göyçay, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən 1995-ci il dekabrın 1-də Göyçay rayonunun Bığır kəndində anadan olmuşam. Həmin kəndin məktəbində orta təhsilimi başa vurduqdan sonra Rusiya Federasiyasında ali tibb təhsili almışam. Hazırda Göyçay Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta üzrə sığortanın təşkili və innovasiya bölməsinin müdiri vəzifəsində çalışıram.

İlk növbədə, Sizə yazmaqda məqsədim ölkəmizdə gənclərə belə gözəl şərait yaratdığınız və böyük diqqət ayırdığınız üçün minnətdarlığımı bildirməkdir. Sizin sayənizdə ölkə gəncləri bir çox sahələrdə davamlı uğurlar əldə edir, müxtəlif xarici ölkələrdə təhsil alır və gələcəklərini qururlar.

Uca Allah Sizə möhkəm cansağlığı, uzun ömür bəxş etsin. Mən bir gənc olaraq, Sizin siyasətinizi bütün qəlbimlə dəstəkləyirəm. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Yaşasın cənab Ali Baş Komandan.

Hörmətlə,

Firudin Hacıyev

Azərbaycan Respublikası, Göyçay rayonu, Bığır kəndi.