23 iyun 2022, 18:30

Heydər Heydərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətən müharibəsində əldə olunan Zəfər hər bir vətənpərvər azərbaycanlını təsirləndirmişdir. Mən də bu Zəfərdən ruhlanaraq Sizə şeir həsr etmişəm. Həmin şeiri ali diqqətinizə təqdim edirəm.

İlham haqqında yazıram,

Çünki sevindirib bizi,

Nə qədər yazsam doymaram,

Qələmi yerə qoymaram.

Böyük şəxsiyyətdir özü,

Həqiqətdir hər bir sözü,

Hər kəlməsi bir dənədi,

O, həyatda yeganədi!

O, Heydərin oğludu,

Qəlbi sevgiylə doludu,

Bilir hər sözün yerin,

Onun düşəncəsi dərin.

Yumruq: dəmirdir-dəmir,

Ordumuza verdi əmir,

Düşmənlə gəldi üz-üzə,

Zəfər qazandırdı bizə.

Silahları saldı işə,

Düşmən düşmüşdü təşvişə,

Görəsən bu necə işdi?

Düşmən başın itirmişdi.

Qurban olum igid cana,

Düşmən qaldı yana-yana.

Ərin oğlu ərdi İlham!

Nərin oğlu nərdi İlham!

 

Hörmətlə,

Heydər Heydərov

Qubadlı rayonu Fərcan kənd sakini

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi