22 iyun 2022, 12:03

İqrar Babayevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bu məktubu Sizə Qəbələ rayon ictimaiyyətinin, o cümlədən şəhid ailələrinin adından yazıram. Rəhmətlik atanız, ulu öndər Heydər Əliyevin və Sizin məqsədyönlü daxili və xarici siyasətinizi həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, milli valyutamız manat bu gün qonşu dövlətlərin valyutasından daha sabitdir. Bu inkişafı görmək hər birimizə çox xoş gəlir.

Azərbaycanı həm iqtisadi, həm də hərbi cəhətdən inkişaf etdirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Babayev İqrar Zəki oğlu

Azərbaycan Respublikası, Qəbələ şəhəri.