logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xalıq Dəmirov və başqalarından, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

20 iyun 2022, 15:40

Möhtərəm cənab Prezident.

“Saatlı rayonunun Məmmədabad-Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 9 iyun tarixli Sərəncamınız kənd sakinlərinin sevincinə səbəb olmuşdur. Bu yolun tikintisinin kəndimizin gələcək həyatında müsbət rol oynayacağına əminik.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmiz inkişaf və tərəqqi yolu ilə inamla irəliləmiş, böyük uğurlar və nailiyyətlər əldə etmişdir. Sizin verdiyiniz tapşırıqlar, imzaladığınız sərəncamlar əsasında, həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər şəhər və rayonlarda quruculuq işləri görülür. Bütün bunlar Sizin qətiyyətinizi, möhkəm iradənizi, həmçinin ölkəmizin iqtisadi qüdrətini bir daha əyani nümayiş etdirir.

Cənab Prezident, kəndimizin avtomobil yolunun tikintisinə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Uca Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Dəmirov Xalıq

İsayev Xankişi

Namazova Validə

Namazov İlqar

Azərbaycan Respublikası, Saatlı rayonu, Genişkənd kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi