logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ziyafəddin Mahmudov və başqalarından, Xaçmaz, Azərbaycan

Text size icon-size icon-size

18 iyun 2022, 14:10

Hörmətli cənab Prezident.

Xaçmaz rayonunun Rəhimoba kəndinin sakinləri olaraq, üzləşdiyimiz problemin həlli ilə əlaqədar Sizə müraciət ünvanlamışdıq. Suvarma suyu çatışmazlığı barədə yazıb kömək göstərməyinizi xahiş etmişdik. Çox qısa müddətdə məsələ həll edildi və kəndimiz indi kifayət qədər su ilə təmin olunur. Nəticədə bu gün tarlaların və bağların üzü gülür.

Cənab Prezident, Sizə və problemimizin həllində əməyi keçən hər kəsə səmimi qəlbdən təşəkkür edirik.

Dövlətimizin öz sadə vətəndaşlarına göstərdiyi bu diqqət və qayğı bizim üçün sevinc və qürur mənbəyi oldu. Çox sağ olun.

Hörmətlə,

Mahmudov Ziyafəddin

Zeynalov Araz

Muradov Ramiz

İmaməliyev Cabir

Əsədullayev Məmməd

Bayramov Şahsəddin

İmaməliyev Fərid və başqaları (34 nəfər).

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Rəhimoba kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi