18 iyun 2022, 12:00

Fatma Səmədovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər zaman xalqımızın yanında olduğunuza, biz vətəndaşlara qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkürümü bildirirəm.

Biz pensiyaçılar əhalinin həssas təbəqəsindən sayılırıq. Pensiyaları ildən-ilə artırmağınız, vaxtında və əlverişli şəraitdə ödənilməsinə imkan yaratmağınız qayğımıza qaldığınızı bir daha göstərir. Pensiyalarımızın builki artımı da bizi çox sevindirdi.

Bir vətəndaş olaraq, Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Fatma Səmədova

Azərbaycan Respublikası, Şəki şəhəri.