Toğrul Səmədovdan, Neftçala, Azərbaycan


17 iyun 2022, 15:31
Əziz və hörmətli Prezidentimiz.
Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncamınıza görə Sizə ürəyimdə olan ən xoş, ülvi hisslərimlə minnətdarlığımı bildirir, xalqımız, millətimiz və dövlətimiz üçün gördüyünüz işlərə görə sonsuz təşəkkür edirəm.
Bu yollar keçdiyi yaşayış məntəqələrinin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Həmin yolların yenidən qurularaq istifadəyə verilməsi bir sıra kəndlərin və ümumilikdə Neftçalanın gələcək inkişafına öz təsirini göstərəcəkdir.
Bir daha Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident.
Hörmətlə,
Toğrul Səmədov
Azərbaycan Respublikası, Neftçala şəhəri.