logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aygün Əsədovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 iyun 2022, 14:55

Hörmətli cənab Prezident.

Sizin xidmətləriniz sayəsində Azərbaycanda səhiyyə sistemi inkişaf edir. Bu sahədə uğurla apardığınız islahatların nəticəsidir ki, son illər ərzində paytaxt Bakı ilə yanaşı, respublikanın bölgələrində onlarla səhiyyə ocağı tikilmiş və ya köhnələri əsaslı təmir edilmiş, əhalinin lazımi tibbi xidmətlə təmin olunması üçün əlverişli şərait yaradılmışdır. Biz vətəndaşlar bu işlərin müsbət nəticələrini bu gün real həyatda görürük. Həm özümüzün, həm də ailə üzvlərimizin müayinə və müalicəsində, sağlamlığa qovuşmasında hər bir avadanlıqla təchiz olunmuş tibb müəssisələri mühüm rol oynayır.

Mənim 2-ci qrup əlil olan qızım Mərdəkan Müalicə Pansionatında müalicə kursları keçir. Burada yaradılan şəraitdən, övladıma göstərilən diqqət və nəvazişdən çox razıyam.

Cənab Prezident, Sizə bir ana kimi öz minnətdarlığımı bildirir, möhkəm cansağlığı və daim uğurlar arzulayıram.

Hörmətlə,

Aygün Əsədova

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi