logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaqut Qarayevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

08 iyun 2022, 14:53

Hörmətli Mehriban xanım.

Siz öz şəxsiyyətinizlə, geniş fəaliyyətinizlə sadə vətəndaşdan tutmuş, ziyalılara, şəhid ailələrinə, kimsəsiz, xəstə uşaqlara, yaşlı insanlara, ümumiyyətlə, hər bir azərbaycanlıya göstərdiyiniz diqqət və qayğıya görə əziz və doğma bir insan kimi xalqımızın dərin hörmət, ehtiramını qazanmısınız.

Atam, Xalq şairi Musa Yaqub da Sizin Azərbaycanımız naminə gördüyünüz böyük işləri, həyata keçirdiyiniz geniş layihələri daim diqqətlə izləyir və yüksək qiymətləndirirdi.

Musa Yaqubun vəfatının ildönümü münasibətilə şəxsi göstərişinizlə şairin və onunla bir torpaqda əbədi uyuyan əzizlərinin - anasının, həyat yoldaşının, qardaşının məzar-abidə kompleksinin yüksək səviyyədə hazırlanması Sizin həssaslığınızın və böyük ürəyinizin təzahürü kimi həmişə yaddaşımızda qalacaq.

Uca Allah Sizi qorusun, Mehriban xanım, həmişə var olasınız.

Musa Yaqubun ailəsi adından dərin hörmət və ehtiramla,

Qızı Yaqut Qarayeva

Azərbaycan Respublikası, Bakı şəhəri.

 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi