Elçin Vəliyevdən, Ağdam, Azərbaycan
Text size
01 sentyabr 2012, 13:20
Möhtərəm cənab Prezident!
Bu gün saat 15 radələrində eşidəndə ki, Prezidentimiz Ramil Səfərovu Vətənimizə qaytarıb, maşını yolun kənarına çəkib sevincimdən xeyli ağladım. Həmin andaca bir daha əmin oldum ki, bəli, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Ananız o gözəl insan Zərifə xanımın südü halalınız olsun!
Cənab Prezident, ailəm Sizinlə qürur duyur. Biz hal-hazırda ermənilərlə iki kilometrlik məsafədə Ağdam rayonunun Mahrızlı kəndində yaşayırıq.
Siz Türk dünyasının sərkərdəsi, ulu öndər Heydər babamızın tərbiyəsini görmüsünüz.
Sizinlə qürur duyuruq, cənab Prezident!
Hörmətlə,
Vəliyev Elçin Kamal oğlu,
Azərbaycan Respublikası, Ağdam rayonu.