logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Monqolustanın Prezidenti Xürelsüx Uxnaaqiyndən

Text size icon-size icon-size

06 iyun 2022, 17:01

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək çox xoşdur. Dostluq əlaqələrimiz və əməkdaşlığımız səmərəli şəkildə genişlənir.

Bundan əlavə, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına daha çox səy göstərməyə hazır olduğumuzu bir daha bildirirəm.

Ümidvaram ki, Zati-aliniz üçün münasib vaxtda Monqolustana səfər edəcəksiniz.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Hörmətlə,

Xürelsüx Uxnaaqiyn

Monqolustanın Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi