06 iyun 2022, 15:50

Ravil Babayevdən, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Vətən müharibəsinin iştirakçısı olaraq, öz ailəm, Hacıqabul ağsaqqalları və dostlarım adından Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə gördüyünüz işlərinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Sizin sayənizdə xalqımız uzun illər arzuladığı Qələbəyə nail oldu, həsrətini çəkdiyi torpaqlarına qovuşdu. İndi alnımız açıq, başımız dikdir.

Hacıqabul əhalisi həmişə Sizinlədir.

Hörmətlə,

Ravil Babayev

Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Hacıqabul şəhəri.