06 iyun 2022, 14:49

Esmira Məmmədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bakıda keçirilən və türk dünyasının birliyinin növbəti nümayişi olan “TEKNOFEST Azərbaycan” festivalı çox maraqlı və əlamətdar tədbir oldu. Bu festival gənclərin innovativ texnologiyalara əsaslanan biliklərə, peşələrə marağının artırılmasında və onlarda olan istedadın tapılıb üzə çıxarılmasında vacib rol oynayır.

Ümumilikdə, gənclər üçün yaratdığınız şəraitə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan gəncliyi hər zaman Sizin yanınızdadır və böyük dəstəkçinizdir.

Var olun, cənab Prezident.

Hörmətlə,

Esmira Məmmədova

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu