Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksadan
02 iyun 2022, 18:33
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Şri-Lanka Demokratik Sosialist Respublikasının hökuməti və xalqı adından Sizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ümidvaram ki, Şri-Lanka ilə Azərbaycan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.
Zatı-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram.
Qotabaya Racapaksa
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti