logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifədən

Text size icon-size icon-size

02 iyun 2022, 16:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Salman bin Həməd Al Xəlifə

Bəhreyn Krallığının vəliəhdi,

Nazirlər Şurasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi