logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Taleh Camalovdan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

04 iyun 2022, 13:10

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, qətiyyətli Sərkərdə.

Mən İkinci Qarabağ müharibəsinin iştirakçısı və qalibiyəm. Ayaqlarımı ağır döyüşlərdə itirmiş tankçıyam.

Cənab Prezident, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğıya görə çox sağ olun. Mənə 1-ci qrup əlillik təyin olunmuşdur, problemlərimin həllinə diqqətlə yanaşılır.

Başda özüm olmaqla, ailəm, bütün qazilər adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Qürur duyuram ki, bir tankçı kimi vurduğum mənfur düşmən tankı Hərbi Qənimətlər Parkındadır.

Allah Sizin kölgənizi millətimizin və dövlətimizin başı üzərindən əskik etməsin.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Camalov Taleh Musa oğlu

1-ci qrup Vətən müharibəsi əlili

Azərbaycan Respublikası, Abşeron rayonu

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi