Nicat Nəsirovdan, Bakı, Azərbaycan
Text size
01 sentyabr 2012, 12:40
Möhtərəm Prezident, cənab İlham Əliyev!
Ramil Səfərovun əfv olunması ilə bağlı imzaladığınız Sərəncama görə Azərbaycan Respublikasının vətəndaşı kimi Sizə öz minnətdarlığımı bildirirəm. Bu illər ərzində Ramil Səfərovun azad edilməsi üçün gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Biz həqiqətən əminik ki, hər birimizi ayrı-ayrılıqda qoruyan Prezidentimiz var. Biz Sizə inanırıq, Sizi hər bir sahədə dəstəkləyirik. Xalq Sizi sevir və 2013-cü ildə ölkəmizdə keçiriləcək Prezident seçkilərində Sizə dəstək olacaqdır.
Hörmətlə,
Nəsirov Nicat Abbas oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, İsfahani küçəsi, ev 21.