Sədaqət Hünbətovadan, Sumqayıt, Azərbaycan
02 iyun 2022, 17:11
Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan.
Mən Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyimizin qorunması uğrunda 1992-ci ildə şəhid olmuş Milli Qəhrəman Məmmədov Aqil Səməd oğlunun həyat yoldaşıyam.
Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onları narahat edən digər məsələlərin həlli üçün gördüyünüz işlər Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan irəli gəlir.
Sizin rəhbərliyinizlə müharibə əlilləri ilə yanaşı, şəhid ailələrinin mənzillə təminatı proqramı uğurla həyata keçirilir. Bunun əsasında, mən də şəhid ailəsi kimi Sumqayıt şəhərində təmirli mənzillə təmin olunmuşam.
Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Müstəqil Azərbaycanın inkişafı naminə apardığınız siyasətdə Tanrı Sizə yar olsun.
Hörmətlə,
Hünbətova Sədaqət Şirin qızı
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.