logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ülviyyə İsmayılovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

02 iyun 2022, 13:05

Hörmətli cənab Prezident.

Bakı şəhərində ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.

Azərbaycan bu birliyin sayəsində bütün türk dünyasında yüksək mövqedə dayanır. Gələcək nəsillərin milli-mənəvi dəyərlərə söykənərək türk soykökünə sadiq, eyni zamanda, yüksək texnoloji biliklərlə silahlanmış bir vətəndaş olaraq böyüməsində bu festivalın əhəmiyyətini yüksək qiymətləndirir və Sizə yeni uğurlar arzulayırıq.

16 nömrəli Texniki Humanitar Liseyin kollektivi adından hörmətlə,

İsmayılova Ülviyyə Tahir qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi