Elnarə Məmmədovadan, Bakı, Azərbaycan
01 sentyabr 2012, 12:10
Cənab Ali Baş Komandan, möhtərəm Prezident İlham Heydər oğlu Əliyev!
Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Sizin son zamanlar bizə - Azərbaycan xalqına yaşatdığınız sevinc bizləri xoşbəxt etməkdədir. Təkcə son bir ildəki nailiyyətlərimiz -“Eurovision” mahnı müsabiqəsi, olimpiya oyunlarındakı qələbələrimiz, “Neftçi” futbol komandasının Avropa Liqasının qrup mərhələsinə adlaması, ölkəmizin ictimai-siyasi həyatındakı digər uğurlu fəaliyyətlər və ən nəhayət bugünkü şad xəbər – Ramil Səfərovun əfv edilməsi bunların əyani səbəbləridir. Uca Tanrı daim Sizi var etsin. Siz ulu öndərimizin layiqli davamçısısınız. Allah Sizi qorusun! Biz Azərbaycan gəncləri Sizinlə fəxr edirik. Hər an Sizinləyik.
Dərin hörmətlə,
Məmmədova Elnarə Əli qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü köndələn küçəsi, ev 34D.