Yamaykanın Baş naziri Endryu Holnessdən
Text size
31 may 2022, 17:58
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına səmimi təbriklərimi çatdırıram.
Yamayka əsası 1995-ci ildə qoyulmuş diplomatik münasibətlərimizə böyük önəm verir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.
Zati-aliləri, xahiş edirəm, Azərbaycan hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin.
Endryu Holness
Yamaykanın Baş naziri